Əsas Səhifə > Dünya > Fransa karantin qaydalarını sərtləşdirdi - Maska taxmaq məcburidir

Fransa karantin qaydalarını sərtləşdirdi - Maska taxmaq məcburidir


28-08-2020, 14:03
Fransa karantin qaydalarını sərtləşdirdi - Maska taxmaq məcburidir

Fransanın paytaxtı Parisdə bu gündən etibarən maska taxmaq məcburi olacaq.

Rubrika.Az xəbər verir ki, buna səbəb son günlər Fransada yoluxma sayının artması olub.

Paris polisi məsələ ilə bağlı bu gün verdiyi açıqlamada bildirib ki, küçədə idman edən və velosiped sürənlər maska taxmağa məcbur deyil, həmçinin 11 yaşdan aşağı uşaqların da maska taxmağına ehtiyac yoxdur.

Qeyd edək ki, Fransada son sutka ərzində 6 min 111 nəfərə COVID-19 diaqnozu qoyulub.

Rubrika.Az
Geri qayıt