Əsas Səhifə > İdman > "Qarabağ"ın növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın növbəti rəqibi müəyyənləşdi31-08-2020, 15:46 |
|
"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsindəki rəqibi bəlli olub. Rubrika.Az-ın "Report"a istinadən məlumatına görə, Ağdam təmsilçisi bu raundda Norveçin “Mölde” klubu ilə üz-üzə gələcək. Ölkə çempionu matçını evdə keçirəcək. Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da gerçəkləşəcək. Xatırladaq ki, "Qarabağ" ÇL-in I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Sileks"i 4:0, Moldova "Şerif"ini 2:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. "Molde" evdə Finlandiya “KuPS”unu 5:0, daha sonra Sloveniyada "Tselye"ni 2:1 hesabı ilə üstələyib. Rubrika.Az Geri qayıt |