Əsas Səhifə > Səhiyyə > SON DƏQİQƏ: Azərbaycanda daha 144 nəfər koronavirusdan sağaldı
SON DƏQİQƏ: Azərbaycanda daha 144 nəfər koronavirusdan sağaldı31-08-2020, 16:50 |
|
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada koronavirusdan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 36 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib, 2 054 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 042, bu günə qədər isə ümumilikdə 922 069 test icra olunub. RUBRİKA.AZ Geri qayıt |