Əsas Səhifə > Dünya > Ermənistanın Avrasiya iqtisadi komissiyasında nümayəndəsi qohumbazlıqda və korrupsiyada suçlanır
Ermənistanın Avrasiya iqtisadi komissiyasında nümayəndəsi qohumbazlıqda və korrupsiyada suçlanır31-08-2020, 17:43 |
![]() Onun Paşinyan tərəfindən təyin olunan “yeni kadrlardan” biri olduğu qeyd edilir Ermənistanın Avrasiya iqtisadi komissiyasındakı (Avrasiya İqtisadi İttifaqının icraçı orqanı-red.) nümayəndəsi ilə bağlı qalmaqal yaranıb. Bununla bağlı “Faktinfo” saytında məlumat yayılıb. Xəbərdə 2018-ci ildə hakimiyyət dəyişdikdən sonra Nəqliyyat, rabitə və kommunikasiyalar nazirini müavini təyin edilən, daha sonra 2019-cu ildə Ermənistanın Avrasiya iqtisadi kommissiyasındakı nümayəndəsi olaraq fəaliyyət göstərən Geqam Vardanyanın qanunsuz israfçılığa yola verməsi və vəzifəsindən öz şəxsi mənafeləri üçün sui-istifadə etməsi faktlarından danışılır. Bununla bağlı olaraq Komissiya kollegiyasının sədri Mixail Myasnikovun göstərişi ilə daxili təhqiqata başlanılıb. Burada Geqam Vardanyanın korrupsiya əməlləri də araşdırılalacaq. Ermənistan nümayəndəsi ən çox elmi araşdırma işlərinə ayrılan vəsaiti “havaya sovurmaqda” və tenderlərin keçrilməsi qaydalarını pozmaqda ittiham edilir. Bundan başqa, Geqam Vardanyan öz vəzifəsindən yararlanaraq yaxın adamlarını, qohumlarını tenderlərdə kömək etdiyi firmalarda işə düzəldibmiş. Həmçinin Vardanyana yaxın olmayan podratçı şirkətlərə qalib gəlməməsi üçün “yeni qaydalar”, “kəşf edilib, bu məqsələ müxtəlif korrupsiya sxemlərindən istifadə olunub. RUBRİKA.AZ Geri qayıt |