Əsas Səhifə > İdman > "Neftçi" - "Qalatasaray" cütünün potensial rəqibləri müəyyənləşdi
"Neftçi" - "Qalatasaray" cütünün potensial rəqibləri müəyyənləşdi1-09-2020, 16:23 |
|
"Neftçi"nin Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. Rubrika.Az xəbər verir ki, paytaxt təmsilçisi II təsnifatda Türkiyənin "Qalatasaray" klubunu mübarizədən kənarlaşdırsa, "Renova" (Şimali Makedoniya) - "Hayduk" (Split, Xorvatiya) cütünün qalibi qalibi ilə üz-üzə gələcək. Flaqman növbəti raunda yüksəlsə, yenə matçını evdə keçirəcək. Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 24 sentyabrda gerçəkləşəcək. Sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq. Rubrika.Az Geri qayıt |