Əsas Səhifə > Dünya > Gürcüstandan Azərbaycana növbəti təxliyə həyata keçirilir
Gürcüstandan Azərbaycana növbəti təxliyə həyata keçirilir4-09-2020, 09:41 |
|
Gürcüstandan daha 281 nəfərin Azərbaycana təxliyəsi prosesinə başlanılıb. Təxliyə olunan şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısına toplaşır. Onların 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, digər 1-i isə Ukrayna vətəndaşıdır. Onların ötən gün Tbilisidə koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib. Səfirlikdən təxliyə olunanlara 48 saat qüvvədə olacaq COVID-19 arayışı veriləndən sonra onlar saat 10:00-da 5 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar. Qeyd edək ki, pandemiya dövrü başlayandan bu günədək Gürcüstan vasitəsilə 2 minə yaxın azərbaycanlının Azərbaycana təxliyəsi təmin edilib. Rubrika.Az Geri qayıt |