Əsas Səhifə > İdman > UEFA Millətlər Liqası: Bu gün daha 8 oyun keçiriləcək
UEFA Millətlər Liqası: Bu gün daha 8 oyun keçiriləcək4-09-2020, 09:43 |
|
Bu gün UEFA Millətlər Liqasında I turun növbəti görüşləri baş tutacaq. Rubrika.Az-ın "Report"a istinadla məlumatına görə, ikinci oyun günündə A, B və C liqalarında ümumilikdə 8 matç keçiriləcək. A liqasının I qrupunda İtaliya Bosniya və Herseqovinanı, Niderland isə Polşanı qəbul edəcək. B liqasında Avstriya Norveçin, Şimali İrlandiya Rumıniyanın, İsrail Şotlandiyanın, Çexiya Slovakiyanın qonağı olacaq. Azərbaycan millisinin yer aldığı C liqasında isə Litva - Qazaxıstan və Belarus - Albaniya matçları olacaq. A liqası 1-ci qrup 22:45. İtaliya – Bosniya və Herseqovina 22:45. Niderland – Polşa B liqası 1-ci qrup 22:45. Norveç - Avstriya 22:45. Rumıniya – Şimali İrlandiya 2-ci qrup 22:45. Şotlandiya - İsrail 22:45. Slovakiya – Çexiya C liqası 4-cü qrup 20:00. Litva - Qazaxıstan 22:45. Belarus - Albaniya Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə dünən start verilib. Azərbaycan yığması turnirdə ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək. Rubrika.az Geri qayıt |