Əsas Səhifə > Dünya > Dünyanın ən zəngin qadınının adı açıqlandı

Dünyanın ən zəngin qadınının adı açıqlandı


4-09-2020, 10:47
Dünyanın ən zəngin qadınının adı açıqlandı

"Amazon” şirkətinin təsisçisi Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott dünyanın ən zəngin qadını olub.

Rubrika.Az bildirir ki, Trend bu barədə "Bloomberg” agentliyinin reytinqinə istinadən məlumat verir.

Belə ki, M.Skottun sərvəti 68 milyard dollara çatıb. O, C.Bezosla boşandıqdan sonra "Amazon”un səhmlərinin 4 faizini əldə etmişdi.

S.Makkenzi siyahıda "L'Oreal” kosmetika şirkətinin sahibi, 66,8 milyard dollar sərvəti olan Fransuaza Bettankur-Mayersi qabaqlayıb.

Reytinqdə ilk üçlüyü "Walmart” ticarət şəbəkəsinin təsisçisinin qızı Elis Uolton tamamlayır. Onun sərvəti 63,6 milyard dollar təşkil edib.

Qeyd edək ki, C.Bezosun özünün sərvəti isə 207 milyarda çatıb.

Rubrika.Az
Geri qayıt