Əsas Səhifə > Dünya > Dünya çempionu koronavirusa yoluxdu

Dünya çempionu koronavirusa yoluxdu


4-09-2020, 11:47
Dünya çempionu koronavirusa yoluxdu

Futbol üzrə Fransa yığmasının və "Marsel" klubunun qapıçısı Stiv Mandanda koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.

Məlumata görə, 35 yaşlı qolkiper bu gün yığmanın toplanışını tərk edəcək.

Stiv Mandanda Fransa millisi ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

RUBRİKA.AZ
Geri qayıt