Əsas Səhifə > Cəmiyyət > Rayonlara gediş-gəliş açıldı
Rayonlara gediş-gəliş açıldı8-09-2020, 08:30 |
|
Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi yeni qərara əsasən bu gündən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla). Rubrika.Az xəbər verir ki, qərar bu gün saat 00:00-dan qüvvəyə minib. Qeyd edək ki, xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVID -19) infeksiyasının yayılması məhdudlaşdırılıb, yoluxma hallarının sayında azalmaya nail olunub. Avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılıb və yumşalmalar təmin edilib. Rubrika.Az Geri qayıt |