Əsas Səhifə > Cəmiyyət > Yasamalda mənzildən qadın meyiti tapıldı
Yasamalda mənzildən qadın meyiti tapıldı10-09-2020, 09:23 |
|
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumat əsasında hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Makarova Tatyana Yevgenyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər. Rubrika.Az Geri qayıt |