Əsas Səhifə > İdman > “Qalatasaray” yeni transferini açıqladı
“Qalatasaray” yeni transferini açıqladı10-09-2020, 09:37 |
|
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Türkiyə "Qalatasaray"ı yeni transferi Oqenekaro Etebo ilə rəsmi müqavilə imzalayıb. Rubrika.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçu 2020/2021 mövsümünün sonunadək icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək. "Sarı-qırmızılılar" bu keçid üçün 25 yaşlı forvardın məxsus olduğu İngiltərə "Stok Siti"sinə 675 000 avro təzminat ödəyəcək. Etebonun "Qalatasaray"dakı 1 mövsümlük maaşı isə 1 200 000 avro təşkil edəcək. "Cim-Bom" mövsümün sonunda 7 500 000 avro qarşılığında onu birdəfəlik transfer etmək hüququna malikdir. Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Rubrika.Az Geri qayıt |