Əsas Səhifə > İstisadiyyat > AMEA-nın xərcləri azaldıldı
AMEA-nın xərcləri azaldıldı10-09-2020, 09:40 |
|
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2020-ci il üçün dövlət büdcəsində nəzərdə tutulmuş göstəriciləri bir sıra xərc maddələri üzrə 3 310 190 manat azaldılıb. Rubrika.Az xəbər verir ki, azaldılma Maliyyə Nazirliyinin "Büdcə sistemi haqqında" qanunun 17-ci maddəsinə müvafiq olaraq yenidən baxılmış 2020-ci il büdcə göstəricilərinin təqdim edilməsi barədə" AMEA-ya ünvanladığı məktubuna əsasən həyata keçirilib. Bununla da AMEA-nın dövlət büdcəsindən maliyyələşən elmi müəssisə və təşkilatlarının rəhbərlərinə tapşırılıb ki, müəssisə və təşkilatların 2020-ci il üçün nəzərdə tutulmuş xərclər smetasının icrasında bir sıra xərc maddələri üzrə azalmalar nəzərə alınsın. /Report Rubrika.Az Geri qayıt |