Əsas Səhifə > Səhiyyə > Türkiyədə koronavirusdan daha 58 nəfər dünyasını dəyişdi
Türkiyədə koronavirusdan daha 58 nəfər dünyasını dəyişdi11-09-2020, 08:01 |
|
Türkiyədə son sutka ərzində koronavirusdan daha 58 nəfər dünyasını dəyişib. Rubrika.az-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, son 24 saatda 107 702 şübhəli koronavirus testindən keçib, onlardan 1 512-nin cavabı müsbət çıxıb. Ağır xəstə sayı 1 209 nəfər olub, 1 219 xəstə isə sağalaraq evə buraxılıb. Qeyd edək ki, Türkiyədə ümumilikdə 286 455 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 255 407 nəfər sağalıb, 6 895 nəfər ölüb. Rubrika.az Geri qayıt |