Əsas Səhifə > Cəmiyyət > Bu gündən sentyabrın 14-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 14-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək


12-09-2020, 00:08
Bu gündən sentyabrın 14-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.

Rubrika.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti də sentyabrın 15-dək dayandırılıb.

Rubrika.Az
Geri qayıt