Əsas Səhifə > Səhiyyə > Koronavirusla bağlı bu qadağa başa çatdı

Koronavirusla bağlı bu qadağa başa çatdı


14-09-2020, 09:10
Koronavirusla bağlı bu qadağa başa çatdı

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti yenidən bərpa edilib.

Rubrika.Az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti qadağan edilmişdi.

Qeyd edək ki, xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu müddət ərzində ictimai nəqliyyatın fəaliyyəti

19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;

26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək qadağandır.

Rubrika.Az
Geri qayıt