Əsas Səhifə > Cəmiyyət > Ombudsmanın nümayəndələri Tofiq Yaqubluya baş çəkdi

Ombudsmanın nümayəndələri Tofiq Yaqubluya baş çəkdi


14-09-2020, 12:57
Ombudsmanın nümayəndələri Tofiq Yaqubluya baş çəkdi

Müsavat Partiiyasının fəalı Tofiq Yaqublu reanimasiyadan palataya köçürülüb.

Müsavat Partiiyasının fəalı Tofiq Yaqublu yerləşdirildiyi "City Hospital" xəstəxanasında reanimasiyadan palataya köçürülüb.

Rubrika.Az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

Onun sözlərinə görə, T.Yaqublu gecə sistem qoşularaq yatızdırılıb:

"Həkimi Adil Qeybulla indi yenə sistem qoşulacağını bildirib".

N.Həzi əlavə edib ki, bu gün Ombudsman aparatından iki nümayəndə Tofiq Yaqubluyla görüşüb.

Qeyd edək ki, T.Yaqublu artıq 13 gündür aclıq etdiyini açıqlayıb. O iki gün əvvəl istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Hökmdən apelyasiya şikayəti verilib.

Rubrika.Az
Geri qayıt