Əsas Səhifə > Dünya > Gürcüstandan Azərbaycana növbəti təxliyə başa çatıb
Gürcüstandan Azərbaycana növbəti təxliyə başa çatıb14-09-2020, 14:57 |
|
Gürcüstandan Azərbaycana daha 350 nəfərin təxliyə prosesi yekunlaşıb. “Report”un yerli bürosu xəbər verir ki, həmin şəxslər avtobuslarla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıb. Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının nəzarəti ilə təxliyə olunanların növbəli şəkildə Azərbaycan ərazisinə daxil olmaları təmin edilib. 10:05Gürcüstandan daha 350 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilir. “Report”un yerli bürosu xəbər verir ki, onların ötən gün koronavirusla bağlı verdikləri testlərin nəticəsi neqativ çıxıb. Həmin şəxslərin 97-si Azərbaycan, 245-i Gürcüstan, 4-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə və 1-i Ukrayna vətəndaşıdır. Təxliyə olunanlar hazırda Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır. COVID-19 arayışı təqdim olunandan sonra onlar avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar. Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana 2 mindən çox şəxs təxliyə olunub. Rubrika.az Geri qayıt |