Əsas Səhifə > Siyasət > Siyavuş Novruzovun vəzifəsi ona həvalə edildi
Siyavuş Novruzovun vəzifəsi ona həvalə edildi15-09-2020, 09:46 |
|
Məlum olduğu kimi, Ramiz Mehdiyevin sərt karantin dövründə təşkil etdiyi toy məclisində iştirak edən deputat Siyavuş Novruzov ciddi tənqidlərə və ittihamlara tuş gəlib. Nəticədə uzun illər yerinə yetirdiyi YAP-ın icraçı katibinin müavini və Təşkilat şöbəsinin müdiri vəzifələrilə vidalaşmalı olan S.Novruzov hələlik parlamentdə komitə sədri postunu saxlamaqdadır. Rubrika.Az xəbərr verir ki, “AzPolitika.info”-ya məlumatlı mənbələrdən daxil olan xəbərə görə, S.Novruzovun bir müddət əvvəl vidalaşdığı YAP-ın Təşkilat şöbəsinin müdiri vəzifəsinin yeni sahibi məlum olub. Bu postu hakim partiyanın Qaradağ rayonundan deputatı, YAP Siyasi Şurasının üzvü, YAP-ın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov tutacaq. Aydın Hüseynov 1962-ci ildə Tovuz rayonu Çatax kəndində anadan olub. Azərbaycan Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Uzun illər maliyyə sistemində müxtəlif vəzifələr tutub. Ardıcıl iki dəfə Qardağ rayonundan YAP-ın deputatı seçilib. Rubrika.Az Geri qayıt |