Əsas Səhifə > Səhiyyə > Ermənistanda koronavirusdan ölənlərin sayı 923-ə yüksəlib
Ermənistanda koronavirusdan ölənlərin sayı 923-ə yüksəlib16-09-2020, 11:24 |
|
Ermənistanda daha 257 nəfərdə koronavirus aşkarlanıb. RUBRİKA.AZ xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 46 376-ya yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 923-ə çatıb. İndiyədək 42 069 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 3 101 aktiv koronavirus xəstəsi var. RUBRİKA.AZ Geri qayıt |