Əsas Səhifə > Cəmiyyət > Azərbaycandan Türkiyəyə səfərlərdə pasport lazım olmayacaq - RƏSMİ
Azərbaycandan Türkiyəyə səfərlərdə pasport lazım olmayacaq - RƏSMİ16-09-2020, 18:30 |
|
Azərbaycanla Türkiyə arasında gediş-gəlişin daha da asanlaşacağı gözlənilir. Rubrika.Az xəbər verir ki, bu barədə “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib. O bildirib ki, hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərləri məsələsi gündəmdədir: “Bu məsələnin həll olunması üçün işçi səviyyəsində təmaslar qurmuşuq”. Nazir müavinin sözlərinə görə, hazırda texniki baxımdan sənədlərin razılaşdırılması işi aparılır. “Hesab edirəm ki, yaxın vaxtlarda praktiki baxımdan da buna nail olacağıq”, - deyə X.Xələfov əlavə edib. /Oxu.az Rubrika.Az Geri qayıt |