Əsas Səhifə > Cəmiyyət > Abşeronda ər və arvad bellə döyüldü
Abşeronda ər və arvad bellə döyüldü18-09-2020, 09:09 |
|
Abşeron rayonunda döyülmə hadisəsi baş verib. Rubrika.Az APA-ya istinadla xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb. 1967-ci il təvəllüdlü Tağıyev Əyyub Şakir oğlu və onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Tağıyeva Səadət Siracəddin qızı qonşuluqda yaşayan qadın ilə əlbəyaxa dava ediblər. Dava zamanı Ə.Tağıyev və S.Tağıyeva küt alətlə (bel) döyülüb. Yaralılar müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. Rubrika.az Geri qayıt |