Əsas Səhifə > Media > Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı 3-cü Alatavada sakinlərlə görüşmüşdür -FOTOLAR
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı 3-cü Alatavada sakinlərlə görüşmüşdür -FOTOLAR18-09-2020, 21:13 |
|
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3-cü Alatavada aparılan abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olmuş, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir. Görüş zamanı bildirilmişdir ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri uğurla həyata keçirilir. Görülmüş işlərin davamı olaraq 3-cü Alatava yaşayış sahəsində kommunikasiya xətləri təmir edilmiş, məhəllədaxili yollara yeni asfalt örtüyü vurulmuşdur. Hal-hazırda yaşayış sahəsində abadlıq işləri davam etdirilir. Görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmiş, qaldırılan məsələlər həll olunmuşdur. Rubrika.Az Geri qayıt |