Əsas Səhifə > Səhiyyə > Braziliyada koronavirusa yoluxanların sayı 4,5 milyonu keçdi

Braziliyada koronavirusa yoluxanların sayı 4,5 milyonu keçdi


21-09-2020, 10:16



Braziliyada koronavirusa yoluxanların sayı 4.5 milyonu keçib.

Rubrika.az xəbər verir ki, son sutka ərzində COVID-19 739 nəfərin həyatına son qoyub. Beləliklə, ölənlərin sayı 136 min 532 nəfərə çatıb.

Yoluxanların sayı isə 4 milyon 528 min 240 nəfərdir.

Braziliya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 3 milyon 82 min 95 nəfər müalicə alaraq sağalıb.

Rubrika.az
Geri qayıt