Əsas Səhifə > Dünya > Rusiyadan ixrac edilən məhsullarda koronavirus aşkarlanıb

Rusiyadan ixrac edilən məhsullarda koronavirus aşkarlanıb


21-09-2020, 10:51
Rusiyadan ixrac edilən məhsullarda koronavirus aşkarlanıb


Çinin Çançun şəhərində Rusiyadan idxal olunan dondurulmuş dəniz məhsulları paketinin üzərində koronavirus tapılıb.

Bu barədə “Reuters” xəbər yayıb.

Bildirilir ki, virus adi yoxlama zamanı aşkarlanıb. Yerli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi infeksiya barədə ilkin nəticəni təsdiqləyib.

Eyni yükdən bir qisim məhsul Fuyuy şəhərinə də göndərilib. Qablaşdırma ilə təmasda olanlardan bu barədə səlahiyyətlilərə məlumat vermələri və koronavirus testindən keçmələri istənilib.

Rubrika.az
Geri qayıt