Əsas Səhifə > Səhiyyə > Gürcüstanda daha 193 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Gürcüstanda daha 193 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib


21-09-2020, 10:56
Gürcüstanda daha 193 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Gürcüstanda son sutkada koronavirusa 193 yeni yoluxma faktı təsdiqlənib, 40 pasiyent sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 3 695-ə, sağalanların sayı isə 1 534-ə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı isə 20 olub.

Hazırda ölkə üzrə karantin zonalarında 4 988, tibbi nəzarətdə isə 836 nəfər saxlanılır.


Rubrika.Az
Geri qayıt