Əsas Səhifə > Səhiyyə > Evdən çıxan koronaviruslu xəstəyə 3 ay 10 gün həbs cəzası verildi

Evdən çıxan koronaviruslu xəstəyə 3 ay 10 gün həbs cəzası verildi


22-09-2020, 16:21
Evdən çıxan koronaviruslu xəstəyə 3 ay 10 gün həbs cəzası verildi

Bursada karantin altında olmasına baxmayaraq, yoxlanış qrupunun evdə tapa bilmədiyi koronavirus xəstəsi Soner B. haqqında istintaq başladılıb.

Rubrika.Az xəbər verir ki, onunla bağlı İnegöl 6-cı Cəza Məhkəməsində məhkəmə prosesi baş tutub.

Məhkəmədə çörək almaq üçün evdən çıxdığını deyən Soner adlı şəxsə 3 ay 10 gün həbs cəzası verilib.

Bildirək ki, Soner B-nin həbsi hələlik təxirə salınıb.

Rubrika.Az
Geri qayıt