Əsas Səhifə > Dünya > Virus İranı viran qoyub - Daha 177 ölü

Virus İranı viran qoyub - Daha 177 ölü


22-09-2020, 17:39
Virus İranı viran qoyub - Daha 177 ölü

İranda son sutka ərzində 3 min 712 nəfərə COVID-19 diaqnozu qoyulub.

RUBRİKA.AZ xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari açıqlama verib. O qeyd edib ki, bu günədək ölkədə 429 min 193 nəfər koronavirusa yoluxub.

Ölənlərin sayı isə 177 nəfər artaraq 24 min 656 nəfər olub.

Qeyd edək ki, bu göstərici gündəlik yoluxma sayına görə İranda rekord qırıb.

RUBRİKA.AZ
Geri qayıt