Əsas Səhifə > Din > Ümrə ziyarətinə icazə verildi

Ümrə ziyarətinə icazə verildi


23-09-2020, 17:55
Ümrə ziyarətinə icazə verildi

Səudiyyə Ərəbistanında oktyabrın 4-dən sonra ümrə ziyarətləri tədricən başlayacaq.

Rubrika.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindəki bir mənbə məlumat yayıb. Açıqlamaya görə, 4 oktyabrdan etibarən Məscid-i Haramın tutumunun 30 faizi, 18 oktyabrdan isə Məscid-i Haram və Məscid-i Nəbəvidəki Razva-i Şərifin 75 faizi ölkə daxilindəki ziyarətçiləri qəbul edəcək.

Noyabrdan başlayaraq isə həm ölkə daxilindən, həm də xaricdən ziyarət üçün gələnlərə icazə veriləcək.

Bildirək ki, koronavirusla mübarizə çərçivəsində təxminən 6 aydır ki, ümrə ziyarətləri dayandırılıb.

Rubrika.Az
Geri qayıt