Əsas Səhifə > Bölgə > Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI25-09-2020, 12:27 |
![]() 2020-ci ilin yanvar-sentyabr aylarında Balakən rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 884 min 969 manat olan 15 tender keçirilib. Rubrika.Az-ın FED.az-a istinadla məlumatına görə, ən çox tenderi Balakən rayon İcra Hakimiyyəti və Balakən Suvarma Sistemləri İdarəsi keçirib. Hər iki idarə 6 tender keçirib. Balakən Suvarma Sistemləri İdarəsi həmçinin tenderlərin ümumi məbləğinə görə də birincidir. Belə ki, 6 tenderin ümumi məbləği 401 min 792 manat olub. Bundan başqa, rayonda Balakən rayon Mərkəzi Xəstəxanası, Balakən rayon Əsas İnternat Məktəbi tenderlər keçirib. Rayonda keçirilən ən böyük tenderləri "Şans-2011" MMC və "ATF" MMC qazanıb. "Şans-2011" MMC ümumi məbləği 336,9 min manat olan 2, "ATF" MMC isə ümumi məbləği 334,3 min manat olan 1 tender qazanıb. FED.az 2020-ci ilin ilin yanvar-sentyabr aylarında Balakən rayonunda keçirilən tender müqavilələrin siyahısını təqdim edir. ![]() Rubrika.Az Geri qayıt |