Əsas Səhifə > Səhiyyə > Goranboyda avtomobilin vurduğu qadın xəstəxanada öldü
Goranboyda avtomobilin vurduğu qadın xəstəxanada öldü28-09-2020, 09:59 |
|
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 26-ı saat 20 radələrində Goranboy rayonunun Faxralı kəndi ərazisində kənd sakini H.Əhmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmkəndlisi Mahirə Həmidovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada vəfat edib. Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. Rubrika.Az Geri qayıt |