Əsas Səhifə > Aktual > Tərtər cəbhəsində döyüşlər şiddətləndi - SON XƏBƏR
Tərtər cəbhəsində döyüşlər şiddətləndi - SON XƏBƏR29-09-2020, 16:24 |
|
Hazırda cəbhə bölgəsinə ezam olunmuş müxbirlərimizin verdiyi son xəbərə görə, Tərtər istiqamətində döyüşlər yenidən şiddətlənib. Rubrika.Az bildirir ki, musavat.com-un əməkdaşlarının məlumatına görə, bir-iki saatlıq nisbi sakitlikdən sonra atışmalar güclənib. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. Hazırda düşmən tərəfi cavab atəşi ilə susdurulur. Rubrika.Az Geri qayıt |