Əsas Səhifə > Siyasət > MN: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir

MN: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir


1-10-2020, 15:56
MN: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir

Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.

Müdafiə Nazirliyindən Rubrika.Az-a verilən məlumata görə, Ermənistandan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir.

Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib.

Rubrika.Az
Geri qayıt