Əsas Səhifə > Manşet > Bütün Azərbaycan xalqı ayaqdadır

Bütün Azərbaycan xalqı ayaqdadır


2-10-2020, 16:14
Bütün Azərbaycan xalqı ayaqdadır

Zəfər bizimlədir!

Azərbaycan ordusunun sentyabrın 27-də başladığı müzəffər azadetmə yürüşü bütün dünyada geniş əks-səda doğurub. Dostlar sevinir,düşmənin bağrı çatlayır. Torpaqlarımız düşmən tapdağından azad olunduqca təkcə ölkəmizdə deyil, müxtəlif dövlətlərdə yaşayan həmvətənlərimiz baş verənləri böyük co.qu ilə qarşılayır, milli həmrəylik güclənir. Xalqımız öz tarixinin növbəti zəfər günlərini,milli oyanış dövrünü yaşayır. Azğın düşmən bu gün qarşısında güclü dövlət, güclü komandan, həmrəy xalq gördükcə daha çox panikaya qapanır, qorxunun yaratdığı isterikaya düşür.
Bütün cəbhə boyu müzəffər ordumuzun zəfər yürüşü davam edir. Bu torpaqların əsl sahibləri öz yurd-yuvalarına dönürlər. Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların qəlbi Qarabağla döyünür.

Bu gün bütün xalqımız Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib, onun əmrinə müntəzirdir. Ordumuzla, yurdumuzla qürur duyuruq. Nəinki ölkəmizdə,hətta xaricdə yaşayan həmvətənlərimiz də könüllü olaraq ordu sıralarına yazılmaq, azğın düşmənlə müqəddəs müharibədə iştirak etmək istəyirlər.

Rubrika.az saytı vasitəsilə Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edən Norveçdə yaşayan həmvətənimiz Mirsadiq Musəvi xalqımız üçün şərəfli tarixi günlərdə bir əsgər kimi ordu sıralarında döyüşmək istədiyini bildirir:

“Hörmətli Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyev cənablarına!

Mən Norveçdə yaşayan bir azərbaycanlı olaraq yazıb sizə bildirmək istəyirənm ki, apardığınız siyaətin nəticəsində ordumuzun qazandığlı zəfərlərdən böyük qürur hissi keçirirəm. Bu münasibətlə sizi və bütün xalqımızı təbrik edirəm!

Cənab Prezidentimiz! Mən də öz növbəmdə bir əsgər kimi vətən qarşısında öz borcumu yerinə yetirmək üçün hazıram.
Allah vətənimizi qorusun və qələbələrimiz sizin komandanlığınızla daimi olsun.

Hörmətlə Mirsadiq Musəvi”

Xalqımız qələbə ruhuna köklənib və bu bizim son savaşımızdır! Zəfər bizimlədir!

Geri qayıt