Əsas Səhifə > Siyasət > Baş Prokurorluq: Ermənistan Azərbaycanın 24 mülki vətəndaşını qətlə yetirib
Baş Prokurorluq: Ermənistan Azərbaycanın 24 mülki vətəndaşını qətlə yetirib4-10-2020, 16:58 |
|
Azərbaycan Respublikası Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermiş itkilərlə bağlı son məlumatları açıqlayıb. Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən oktyabrın 4-ü saat 15:30-dək 24 nəfər həlak olub. Məlumata görə, düşmən Azərbaycanın 111 nəfər mülki vətəndaşını yaralayıb. "49 mülki obyektə ziyan dəyib. Ziyan dəymiş yaşayış evlərinin sayı isə 248-dir", - Baş Prokurorluqdan bildirilib. Rubrika.az Geri qayıt |