Əsas Səhifə > Səhiyyə > Azərbaycanda koronavirusa ən çox və ən az yoluxan bölgələr (SİYAHI)
Azərbaycanda koronavirusa ən çox və ən az yoluxan bölgələr (SİYAHI)5-10-2020, 11:32 |
|
Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. Rubrika.Az qaynarinfo-ya istinadla xəbər verir ki, son məlumatlardakı rəqəmlər ən çox yoluxmanın 56 faizlə Bakıda qeydə alındığını göstərir. Sonrakı yerlərdə 15,2 faizlə Abşeron, 10,5 faizlə Aran, 6,3 faizlə Gəncə-Qazax, 4,2 faizlə Lənkəran, 2,2 faizlə Quba-Xaçmaz, 2 faizlə Şəki-Zaqatala, 1,5 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb. Rəsmi məlumata görə, ən az yoluxma 0,10 faizlə Naxçıvan Muxtar Respublikasındadır. Bundan əvvəlki göstəricilərdə Naxçıvanda yoluxma səviyyəsi 0,4 səviyyəsində idi. Bildirilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 1 faizi ölkə xaricində yoluxanlardır. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 130 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 1 nəfər vəfat edib. Rubrika.Az Geri qayıt |