Əsas Səhifə > Səhiyyə > Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 97 yeni yoluxma
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 97 yeni yoluxma5-10-2020, 16:26 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib. Aktiv xəstə sayı 1603 nəfərdir. Ölkədə son sutka ərzində 3073, hazırkı dövrədək isə 1140194 test aparılıb. Rubrika.Az Geri qayıt |