Əsas Səhifə > Dünya > Paşinyanın ətrafı seyrəlir: Daha bir istefa

Paşinyanın ətrafı seyrəlir: Daha bir istefa


6-10-2020, 16:20
Paşinyanın ətrafı seyrəlir: Daha bir istefa

Ermənistanın baş naziri Nikol Paşinyanın lideri olduğu hakim “Mənim addımım” parlament fraksiyasının üzvü Tiqran Ulixanyan deputat mandatından imtina edib.

Rubrika.Az erməni mediasına istinadla xəbər verir ki, Ermənistan parlamentinin sədri Ararat Mirzoyan onun deputat səlahiyyətlərinin dayandırılması haqqında protokolu imzalayıb.

T.Ulixanyan istefasının səbəbini açıqlamayıb.

Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyanın partiyasından daha bir neçə deputatın istefa verdiyinə dair xəbər yayılmışdı.

Rubrika.Az
Geri qayıt