Əsas Səhifə > Siyasət > Türkiyə Prezidenti Küveyt və Qətərə səfər edəcək
Türkiyə Prezidenti Küveyt və Qətərə səfər edəcək7-10-2020, 10:35 |
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Küveyt və Qətərə birgünlük səfərə gedəcək. Məlumatı Türkiyənin Prezident Administrasiyası yayıb. Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Küveytin mərhum əmiri Şeyx Sabahdan sonra hakimiyyətə gələn əmir Şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüşəcək. Türkiyə Prezidenti Küveyt səfərindən sonra Qətərə yola düşəcək. O, Qətər əmini Şeyx Təmim bin Hamed əl-Sani ilə görüş keçirəcək. Hər iki görüşdə Türkiyə ilə əlaqələr, əməkdaşlığın inkişafı, regional problemlərə dair məsələlər müzakirə olunacaq. Rubrika.Az Geri qayıt |