Əsas Səhifə > Dünya > Düşmənin məhv edilən döyüş texnikasının SİYAHISI

Düşmənin məhv edilən döyüş texnikasının SİYAHISI


7-10-2020, 11:35
Düşmənin məhv edilən döyüş texnikasının SİYAHISI

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Bu barədə Rubrika.Az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 250-dək tank və digər zirehli texnika;

- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 60-dək hava hücumundan müdafiə vasitələri;

- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 8 silah-sursat anbarı;

- 150-dək avtomobil texnikası;

- 1 ədəd “S-300” zenit-raket kompleksi.

Rubrika.Az
Geri qayıt