Əsas Səhifə > Siyasət > Prezident Madagizin Suqovuşan adlandırılması barədə qanunu imzaladı
Prezident Madagizin Suqovuşan adlandırılması barədə qanunu imzaladı7-10-2020, 14:52 |
|
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb. Rubrika.Az "Report"a istinadla xəbər verir ki, səənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb. Qeyd edək ki, Suqovuşan 3 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Bu şad xəbəri əhaliyə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev elan edib. Rubrika.Az Geri qayıt |