Əsas Səhifə > Dünya > Tramp Rusiya ilə bağlı məxfi sənədlərin açılmasına qərar verdi
Tramp Rusiya ilə bağlı məxfi sənədlərin açılmasına qərar verdi8-10-2020, 14:54 |
|
ABŞ Prezidenti özünün Rusiya ilə əlaqəli bütün sənədlərinin, habelə keçmiş ABŞ dövlət katibi Hillari Klintonun şəxsi server vasitəsi ilə apardığı elektron poçtların üzərindən məxfiliyin götürülməsi barədə əmr verib. Rubrika.Az qaynarinfo-ya istinadla xəbər verir ki, Trampın Tvitter səhifəsində yazdığına görə sənədlər üzərində düzəliş edilmədən yayımlanacaq. Xatırladaq ki, 2016-cı ildə ABŞ hakimiyyəti Rusiya Federasiyasını prezident seçkilərinə müdaxilə etməkdə günahlandırmışdı. Moskva bütün ittihamları rədd edir. Rubrika.Az Geri qayıt |