Əsas Səhifə > Səhiyyə > Gürcüstanda daha 527 nəfər koronavirusa yoluxub, 6 pasiyent ölüb
Gürcüstanda daha 527 nəfər koronavirusa yoluxub, 6 pasiyent ölüb9-10-2020, 11:09 |
|
Gürcüstanda son sutkada daha 527 nəfərə koronavirus diaqnozu qoyulub, 313 nəfər sağalıb, 6 pasiyent isə vəfat edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 10 752 nəfərə çatıb. Sağalanların sayı 5 866, ölənlərin sayı isə 72 olub. Hazırda karantində 5 574, tibbi nəzarətdə 836 nəfər saxlanılır. 1 338 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə olunur. Rubrika.Az Geri qayıt |