Əsas Səhifə > Araşdırma > Ac erməni əsgərlər döyüşdən qaçır, zabitlər dalaşır - düşmən ordusunda çaxnaşma
Ac erməni əsgərlər döyüşdən qaçır, zabitlər dalaşır - düşmən ordusunda çaxnaşma9-10-2020, 15:39 |
![]() Düşmənin cəbhə boyu yerləşdirilən hərbi birləşmələrində ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Rubrika.Az bildirir ki, musavat.com-a bu barədə hərbi mənbələrdən məlumat verilib. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti kütləvi şəkildə döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir. Bundan başqa, hərbi birləşmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir-birinə atəş açılıb, ölən və yaralanalar var. Həmçinin, Ermənistan hərbi-siyasi rəhbərliyində olan şəxslər arasında kəskin fikir ayrılıqlarının mövcud olması, idarəetmədə vahid komandanlığın qurulmadığına dair məlumatlar bütün hərbi birləşmələrə də məlum olub, həmçinin, bu faktlar Ermənistanın dinc əhalisi arasında da yayılıb. Nəticədə həm hərbi dairələrdə, həm də bütövlükdə aclıq-səfalət içərisində olan Ermınistan əhalisi arasında ciddi çaxnaşma başlayıb. Rubrika.Az Geri qayıt |