Əsas Səhifə > Gündəm > Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin pilotsuz uçan aparatların (PUA) istifadəsi ilə bağlı vətəndaşlara MÜRACİƏTİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin pilotsuz uçan aparatların (PUA) istifadəsi ilə bağlı vətəndaşlara MÜRACİƏTİ


11-10-2020, 17:42
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin pilotsuz uçan aparatların (PUA) istifadəsi ilə bağlı  vətəndaşlara MÜRACİƏTİ

Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutub.

Bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb və qarşısında duran vəzifələri uğurla yerinə yetirilir.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində Hərbi vəziyyət elan edilməsini, habelə hazırkı şəraitdə dövlət mənafelərini rəhbər tutaraq mülki pilotsuz uçan aparatların(PUA) istismarçılarından, eləcə də hər hansı bu cür aparatların sahiblərindən aşağıdakı tələblərin yerinə yetirilməsini xahiş edirik:

- Hava məkanında təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi məqsədilə respublikamızın vətəndaşları, habelə xarici dövlətlərin fiziki və hüquqi şəxsləri Azərbaycan Respublikasının bütün ərazisində onlara məxsus hər hansı PUA-lardan istifadə edilməsini müvəqqəti olaraq dayandırsınlar;
- Hər hansı PUA-lardan istifadə olunmasını müşahidə etdikdə vətəndaşlar dərhal Hava Hərəkətini İdarə Etmə Baş Mərkəzinin +994 12 497-16-73 telefon nömrəsinə zəng vuraraq rejiminin pozulması haqqında məlumat versinlər.


Vətəndaşlarımızdan mövcud hərbi vəziyyət dövründə PUA-lardan istifadənin Azərbaycan Respublikasının Milli Ordusu tərəfindən aparılan uğurlu əməliyyatlara müəyyən maneələr törədə bilməsini nəzərə almağı və bu tələblərə qeyd-şərtsiz riayət etməyi xahiş edirik.

Dövlət Mülki Aviasiya Agentliyi

Geri qayıt