Əsas Səhifə > Manşet > ERMƏNİLƏRİN GƏNCƏ XÜLYASI - ZAMAN 90-LAR DEYİL...

ERMƏNİLƏRİN GƏNCƏ XÜLYASI - ZAMAN 90-LAR DEYİL...


12-10-2020, 08:22
ERMƏNİLƏRİN GƏNCƏ XÜLYASI - ZAMAN 90-LAR DEYİL...

Cəbhə xəttində it kimi quyruğunu qısaraq qaçan erməni hakimiyyəti bu yolla öz laxlamış siyasi nüfuzunu gücləndirmək, həm də Rusiyanı aktiv hərbi əməliyyatlara qoşmaq üçün Azərbaycanı təxribata çəkmək istəyir

İkinci Qarabağ savaşının ən mühüm mərhələsinə qədəm qoymuşuq. Bütün cəbhələrdə məğlub olan azğın düşmən havadarlarından dəstək alaraq daha da quduzlaşıb. Itirdiyi mövqeləri bərpa etmək üçün əks həmləyə keçən, lakin hər dəfəsində burnu ovularaq geri oturdulan ermənilər köhnə taktikalarına əl atıblar. Dinc əhalini hədəfə alaraq qorxu,panika yaratmaq, döyüş ruhumuzu aşağı salmaq və müxtəlif təxribatlar törətməklə cəmiyyətdə çaşqınlıq yaratmaq. Şərəfsizlərin hələ Birinci Qarabağ savaşında kütləvi qorxu sindromu yaratmaqla qalib gəldiyi acı tariximizdir. Bu gün də böyük şəhərləri, cəbhəyanı bölgələri daimi atəş altında saxlamaqla eyni taktiki gedişi edirlər. Amma unudurlar ki, zaman doxsanlar deyil...
Azərbaycan ordusu tərəfindən ən ağır məğlubiyyətlərə düçar olan ermənilər müxtəlif təxribatlarla dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Guya ordumuzun tərkibində Suriyadan gələn muzdluların döyüşdüyü barədə dezinformasiyanı nə qədər tirajlasalar da tutarlı bircə dənə də dəlil ortaya qoya bilmədilər. Türkiyənin hərbi dəstəyinə aid uydurmalarını da faktlarla sübut edə bilməyən Paşinyan hakimiyyəti Rusiyanı aktiv hərbi əməliyyatlara qoşmaq üçün bütün vasitələrdən istifadə edir. Azərbaycanı Ermənistan ərazisinə raket atmağa təhrik etmək üçün ən alçaq vasitələrə əl atan şərəfsizlər Gəncəni, Mingəçeviri hədəfə alıblar. Humanitar atəşkəs imzalanmasından bir neçə saat keçmiş Gəncəyə raket hücumu nəticəsindəı 9 dinc sakin həlak olub,onlarla yaralı var. Cəbhə xəttində it kimi quyruğunu qısaraq qaçan erməni hakimiyyəti bu yolla öz laxlamış siyasi nüfuzunu gücləndirmək, həm də Rusiyanı aktiv hərbi əməliyyatlara qoşmaq üçün Azərbaycanı təxribata çəkmək istəyir.
Azərbaycan cəmiyyətində yüksək döyüş ruhu,hərbi vətənpərvərlik ab-havası hökm sürür.Cəbhədə qazandığımız qələbələr hər kəsin ürəyini dağa döndərib. Yolumuzu gözləyən yurd yerlərimiz bir-birinin ardınca düşmən tapdağından azad olunur. Təbii ki, müharibələr itkisiz olmur. Bu müqəddəs Vətən müharibəsində igid əsgərlərimiz, dinc vətəndaşlarımız şəhidlik zirvəsinə ucalırlar. Lakin heç bir itki bizi qorxutmur. Heç bir təxribat cəmiyyətdə çaşqınlıq yaratmır. Azərbaycan xalqı qələbə ruhuna elə köklənib ki, onu heç vəchlə bu yoldan döndərmək mümkün deyil.
Gəncədə törədilnə erməni vandalizmi cavabsız qalmayacaq. Ali Baş Komandan rəsmi Twitter səhifəsində baş verənlərə münasibət bildirib:
“Həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib. Ümumilikdə son iki həftə ərzində Azərbaycanın 41 mülki şəxsi həlak olub,200 nəfərdən çoxu isə yaralanıb. Ermənistan tərəfin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir. Ermənistan hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”
Bu şərəfli günlərdə hər kəs öz məsuliyyətini dərindən dərk etməlidir. Heç bir təxribata yol vermək olmaz. Cəmiyyətdə mövcud olan ruh yüksəkliyi qələbəmizə kifayətdir. Hamı qələbə əzminin qorunub saxlanmasına çalışmalıdır. Unutmayaq ki,ön xəttə döyüşən əsgərimizə bizim dəstəyimiz vacibdir. Yolumuz Şuşaya, Xankəndinədir. Zəfər bizimlədir!

Nicat Mahmudov
Rubrika.Az



Geri qayıt