Əsas Səhifə > Cəmiyyət > Ermənilərin Tərtəri atəşə tutması zamanı mülki şəxs yaralanıb
Ermənilərin Tərtəri atəşə tutması zamanı mülki şəxs yaralanıb12-10-2020, 11:24 |
![]() Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu yenidən atəşə tutur. Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Oktyabrın 12-si səhər saatlarından etibarən düşmən yenidən dinc sakinləri hədəf alaraq, Tərtər rayonun ətraf kəndlərinə ağır artilleriya ilə 20-dən çox top mərmisi atıb. Nəticədə Kəngərli kənd sakini xəsarət alıb, mülki evlərə ziyan dəyib. Rubrika.az Geri qayıt |