Əsas Səhifə > Manşet > Yaralı Qarabağın öz TƏBİBinə qovuşacağı günə az qalıb!

Yaralı Qarabağın öz TƏBİBinə qovuşacağı günə az qalıb!


12-10-2020, 13:40
Yaralı Qarabağın öz TƏBİBinə qovuşacağı günə az qalıb!

Cəbhədə döyüşən əsgərlərimizə göstərilən tibbi xidmət ən yüksək səviyyədə təmin olunub

Azərbaycan Ordusu zəfər yürüşünü davam etdirir. İşğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq qəhrəman Ordumuzun əks-hücum əməliyyatları uğurla davam edir. Ermənistan nəinki hərbi cəbhədə, eyni zamanda, siyasi-diplomatik müstəvidə də məğlubiyyətə uğramaqdadır. Dövlətimizin başçısının əməli addımları, xalqa müraciətləri, nüfuzlu telekanallara müsahibələrində qətiyyətli mövqeyi qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaradıb.

Bu gün şanlı Ordumuzun şücaəti və qəhrəmanlığı sayəsində, canı və qanı bahasına alınan torpaqlarımızda çoxdan gözlənilən tarixi ədalət bərpa olunmaqdadır. Bütün xalqımız müzəffər əsgərlərimizdən qələbə xəbərləri gözləyir.

Azərbaycan bu gün bütün sahələrdə düşməndən üstündür. Hərbi üstünlüyümüz ordumuzun qazandığı qələbələrin təsdiqidir. Düşmənin qoyub qaçdığı mövqelərdə onların nə qədər acınacaqlı bir vəziyyətdə olduğu üzə çıxır. Erməni əsgəri it günündə yaşayırmış,elə ona görə də it kimi qaçır.

Cəbhədə döyüşən əsgərlərimizə göstərilən tibbi xidmət ən yüksək səviyyədə təmin olunub. TƏBİB-in professionallığı, əməkdaşlarının vətənpərvərliyi göz qabağındadır. Yorulmadan, gecə-gündüz demədən qəhrəman əsgərlərimizə tibbi yardım göstərilir, yaralılara lazımi diqqət yetirilir. Yəqin ki, xəstəxanada yaralı əsgərin özünün xəbəri olmadan ad gününün keçirilməsi barədə videoçarxı xatırlayırsınız. Bu Azərbaycan həkiminin öz əsgərinə göstərdiyi diqqətin nümayişi idi.

Müharibənin ilk günlərindən TƏBİB əməkdaşları ön xəttə əsgərlərimizlə çiyin-çiyinədir. Vəzifə borcunu yerinə yetirərkən şəhid olan həkimlərimiz də var, Azərbaycan əsgəri əmindir ki, onun sağlamlığı etibarlı əllərdədir. TƏBİB döyüş bölgəsində yerləşən tibbi müəssisələri bütün zəruri vasitələrlə təmin edib. Heç bir dərman qıtlığı yoxdur. Cəbhəyanı bölgələrdə yerləşən tibb ocaqları müharibə qanunları əsasında fəaliyyət göstərilir. Həkimlərimiz ən qaynar nöqtələrdə əsgərlərimizə zəruri tibbi yardımı göstərirlər.

Bir daha sübut olundu ki, biz müharibəyə və qələbəyə tam hazırıq. TƏBİB-in bu çətin günlərdə göstərdiyi əzmkarlıq əsgərlərimizə xüsusi ruh verir. Tezliklə bütün Qarabağda ən müasir tibb ocaqlarının açılacağına inanırıq. Yaralı Qarabağın öz TƏBİBinə qovuşacağı günə az qalıb!Nicat Mahmudov

Nicat Mahmudov
Rubrika.Az


Geri qayıt