Əsas Səhifə > Gündəm > Ermənistanın “vurduğu” Azərbaycan PUA-sı “kukuruznik” çıxdı
Ermənistanın “vurduğu” Azərbaycan PUA-sı “kukuruznik” çıxdı12-10-2020, 15:46 |
|
Bu gün erməni tərəfi növbəti dəfə Azərbaycan Ordusunun pilotsuz uçuş aparatını (PUA) vurduğunu elan etdi və həqiqi təsdiq etmək üçün guya həmin PUA-nın video kadrlarını yayıb. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, bu videonun yavaşıdılmış kadrlarına ötəri baxış etməklə havadan düşən və parlaq alovla yanan “PUA-nın” An-2 yüngül çoxməqsədli təyyarə olduğunu dəqiq görmək olar: "Sual olunur, Azərbaycan Ordusunun sərəncamında ən müasir silah növləri və ən yeni hərbi texnika olduğu halda kənd təsərrüfatı üçün nəzərdə tutulmuş “kukuruznik” ordumuzun nəyinə gərəkdir? Cavab sadədir: Bu üsulla erməni təşviqatı qrafika və animasiyadan istifadə etməklə erməni ictimaiyyətini aldatmaq, eləcə də erməni əsgərinin fiziki cəhətdən qırılmış əhval-ruhiyyəsini və mənəvi durumunu yüksəltmək üçün uğursuz cəhdlər göstərir. Bir sözlə, bütün PUA-larımız sağ-salamat və döyüş sırasındadır".(report.az) Rubrika.Az Geri qayıt |