Əsas Səhifə > İdman > Milli komandamız bu gün Kiprlə qarşılaşacaq

Milli komandamız bu gün Kiprlə qarşılaşacaq


13-10-2020, 09:51
Milli komandamız bu gün Kiprlə qarşılaşacaq

Futbol üzrə milli komandamız bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.

Baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi komandamız 4-cü turda Kipr yığması ilə qarşılaşacaq. Albaniyanın Elbasan şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bunadək Lüksemburqa 1:2, Monteneqroya isə 0:2 hesabı ilə uduzan yığmamız yeganə qələbəsini məhz Kipr üzərində qazanıb. Səfərdə bu rəqibini 1:0 hesabı ilə üstələyən millimiz növbəti qələbəsini qazanmağa çalışacaq.

Xatırladaq ki, Dağlıq Qarabağdakı hadisələr səbəbindən Bakıda keçirilməli olan oyun neytral meydana salınıb.

Əlavə edək ki, qrupun digər oyununda Monteneqro Lüksemburqu qəbul edəcək.

13 oktyabr

Millətlər Liqası

C liqası, 44-cü tur

20:00. Azərbaycan – Kipr

Baş hakim: Fran Yoviç (Xorvatiya)

Elbasan (Albaniya). “Elbasan Arena”


Rubrika.Az
Geri qayıt